“Ataların qızlarına dəstəkçi münasibətlərinin sağlam ailədəki rolu” layihənə start verildi


“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bölgələrdə yaşayan aztəminatlı ailələrdə böyüyən gənc qızlar və onların ataları ilə aralarındakı ata-qız emosional münasibətlərindən bəhs edən “Ataların qızlarına dəstəkçi münasibətlərinin sağlam ailədəki rolu” adlı maarifləndirici layihənin icrasına start verib.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi atalar və qızlar arasındakı sosial-emosional münasibətlərin möhkəmləndirilməsi, bu münasibətlərin ailə içində daha sağlam, qarşılıqlı hörmət və dəstək üzərində qurulmasına şəraitin yaradılması, eyni zamanda, ataların qızlarına qarşı daha müasir və müsbət yanaşmalarla emosional və təhsil dəstəyi vermələri üçün maarifləndirici məlumatların çatdırılması təmin olunacaqdır.

Birlikdən verilən məlumata görə, nəticə etibarilə layihənin icrası zamanı əsas hədəf olaraq qızların özünə inamlı, müstəqil və məsuliyyətli fərdlər kimi inkişaf edəcəkləri, onların ailə içində öz fikirlərini ifadə etməyə, ataları ilə sağlam və müzakirələrə əsaslanan münasibətlər qurmağa başlayacaqları, təhsil və karyera sahəsində daha cəsarətli qərarlar alacaqları durur. Təbii ki, bu hədəfə nail olmaq üçün ailədə ümumi dinamik dəyişikliklər baş verəcək, ailədə daha çox qarşılıqlı dəstək və anlaşma yaranacaq. Ailə üzvləri arasında təhsilə, karyeraya və şəxsi inkişaf sahələrində müzakirələr artırılacaq, ailəiçi münaqişələr azalacaq.

Layihəyə 01 iyul 2025-ci ildən start verilmiş və üç ay müddətində davam edəcək. Layihənin icrası əsasən İsmaıllı, Qəbələ və Goranboy rayonlarını əhatə edəcək.


MANŞET XƏBƏRLƏRİ