Məsud Pezeşkianın taksi macərası: Kim yalan danışır?


Təxminən 2 həftə əvvəl prezident Məsud Pezeşkiana aid edilən avtomobilə su ilə qarışdırılmış benzin satılması yalandır.

Turkustan.az təsnim-ə istinadla xəbər verir ki, bunu İranın Yanacaqdoldurma Məntəqələri Sahibləri Dərnəyi bəyan edib.

"Prezidentin karvanında olan hər 3 maşının benzinə görə dayanması iddiası texniki və təhlükəsizlik baxımından araşdırılmalıdır. İddia olunan tarixdə nə Neft Nazirliyinə, nə onun törəmə qurumlarına, nə də dərnıyə prezident dəftərxanasından heç bir şikayət daxil olmayıb", - deyə qurum vurğulayıb.

"İddia edilən yanacaqdoldurma məntəqəsində 10 ildən artıqdır ki, heç bir qanun pozuntusu yoxdur", - deyə həmkarlar qurumu qeyd edib.

Xatırladaq ki, İran pezidentin maşınına su qarışdırılmış benzin doldurmaq iddiası onu xüsusi müfəttişi (səlahiyyətli nümyəndəsi) Mustafa Mouləviyə aiddir.

Mouləvinin sözlərinə görə, hadisə təxminın 2 həftə əvvəl (iyulun 4-dı) Qəzvində baş verib.

"Prezident Tasuadan əvvəl öz mühafizəçiləri ilə birlikdə üç maşınla Təbrizə doğru yola düşdü və Rəşt şossesinin çıxışına çatmamış yanacaqdoldurma məntəqəsində kortej dayandı. Benzin doldurduqdan sonra Takestana çatmamış hər üç avtomobilin motoru söndü. Məlum oldu ki, bu yanacaqdoldurma məntəqəsi keyfiyyətsiz, su ilə qarışdırılmış benzin satır və əvvəllər də bu qanun pozuntusuna yol verib.

Məsud Pezeşkian bu məsələ barədə valiyə məlumat verdikdın sonra taksiyə minib Təbrizə getdi". /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ