Ukraynada soydaşlarımızın yaşadığı ərazilər bombalanır – VİDEO


Rusiya ordusu Ukraynada azərbaycanlıların da yaşadığı əraziləri bombalayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Teleqraf-a soydaşlarımız məlumat verib.

Onlar bildirib ki, hədəf əsasən Çernovtsı vilayətidir.

Rusiya ordusunun zərbələri nəticəsində azərbaycanlılar arasında ölənlərin və yaralananlar olması barədə məlumat yoxdur.

Xeyli sayda Ukrayna vətəndaşının yaralandığı bildirilir. İlkin məlumata görə, ölənlər də var.

Soydaşlarımız bu gecə şiddətli hücumların olacağını ehtimal edirlər. Buna görə də, sakinlərin əksəriyyəti daha təhlükəsiz ərazilərinə getməyə hazırlaşırlar. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ