Bu saatlarda küçəyə çıxmaq QADAĞAN EDİLİR - VACİB ANONS


İqlim dəyişikliyi artıq gələcəyin problemi deyil, bu günün reallığıdır.

Turkustan.az xəbər verir ki, iqlim dəyişiklikləri üzrə mütəxəssislər bildirirlər ki, indiki hava şəraiti 2050-ci il üçün proqnozlaşdırılan səviyyəyə bərabərdir. Yəni gələcək artıq yaşanır. Ekoloqlar və klimatoloqlar bu cür davam edərsə, insanların həyat tərzində ciddi dəyişikliklər baş verəcəyini qeyd edirlər.Uzun müddətdir ki, havaların bu dərəcədə isti keçməsi təkcə yaşlılar və xroniki xəstəliyi olanlar üçün deyil, sağlam insanlar üçün də təhlükə mənbəyinə çevrilib. Qidalanma, su qəbulu və günəşə çıxma saatları xüsusilə önəm daşıyır.

Meteoroloqlardan və həkimlərdən ciddi xəbərdarlıq edir ki, uşaqlar, yaşlılar, hamilə qadınlar və ürək-damar xəstələri günün ən isti saatlarında – saat 11:00-dan 17:00-dək açıq havada olmamalıdır. Havanın bu cür dəyişməsi təkcə fiziki sağlamlığa deyil, psixoloji vəziyyətə də təsir edə bilər.

Nə etməli?

Saat 11:00-dan 17:00-dək açıq havada olmaqdan çəkinin.

Açıq rəngli, nazik və pambıq parçalardan olan geyimlər seçin.

Günəş eynəyi və papaq istifadə edin.

Bol su için və qazlı-şirin içkilərdən uzaq durun.

Aşırı yağlı və ədviyyatlı yeməklərdən qaçın.

İsti hava dalğaları artıq tək-tük hallarla kifayətlənmir. Bu, davamlı hal alıb və insan orqanizminin uyğunlaşma ehtiyacı da getdikcə artır. Hazırkı vəziyyət göstərir ki, iqlim böhranı gələcəyin yox, bu günün ən real problemlərindən biridir. /Yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ