Ərdoğan Şara ilə danışdıqdan sonra İsraili hədələdi


Prezident Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd Şara ilə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, Rabitə Müdirliyindən verilən açıqlamaya görə, görüşdə İsrailin hücumlarından sonra Suriyadakı son vəziyyət müzakirə edilib.

Ərdoğan görüşdə İsrailin Suriyaya hücumlarının qəbuledilməz olduğunu, İsrailin təcavüzünün bütün bölgə üçün təhlükə yaratdığını, Türkiyənin indiyə qədər olduğu kimi Suriya xalqına dəstəyini davam etdirəcəyini bildirib.

Ərdoğan Türkiyənin Suriyada druzlarla əldə olunan atəşkəs razılaşmasını alqışladığını vurğulayıb.

Suriya prezidenti Şara Suriyada siyasi birliyin qorunması, ərazi bütövlüyünün təmin edilməsi və suverenliyin qorunmasında verdiyi dəstəyə görə prezident Ərdoğana minnətdarlığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ