Dürzi qruplaşması PKK/YPG bölgəsinə dəhliz tələb etdi


Suriyanın cənubundakı Süveyda vilayətində Dəməşq rejiminə qarşı çıxan və Dürzi icmasının nüfuzlu liderlərindən olan Hikmət əl-Hicriyə bağlı silahlı qruplaşma PKK/YPG-nin işğalı altındakı şimal-şərq bölgələrinə dəhliz açılmasını tələb edib.

Turkustan.az xəbər verir ki, qruplaşmanın sosial media hesablarında yayılan bəyanatda, Suveyda ilə PKK/YPG nəzarətindəki ərazilər arasında yolun açılması istənilib. Eyni zamanda, İordaniya kralı II Abdullahdan Suveyda ilə İordaniya arasında sərhəd keçidinin açılması çağırışı edilib.

Tələblər PKK/YPG-nin (Suriyada QSD adı ilə fəaliyyət göstərir) Suveyda hadisələrinə dəstək verməsi fonunda gündəmə gəlib. Təşkilat ötən gün Həsəkə şəhərində Suveyda təhlükəsizlik qüvvələri ilə qarşıdurmada olan qruplara dəstək məqsədilə aksiya təşkil edib və "humanitar yardım" adı ilə bölgəyə yük göndərməyə hazırlaşır.

Bundan əlavə, PKK/YPG-nin Hələb vilayətinin şərqindəki Deyr Hafir bölgəsində Suriya ordusu ilə toqquşduğu və bölgəyə əlavə qüvvələr cəlb etdiyi bildirilib. Hücumun Suriya ordusunun cənubda silahlı qruplarla qarşıdurma yaşadığı vaxtda baş verməsi diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ