"Druzi qardaşlarımızı qoruyacağıq, Suriyanın cənubuna qoşun yeridilməsinə icazə verməyəcəyik".
Turkustan.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Dəməşqdəki son hücumlarla bağlı bəyanat verib. O, İsrailin Suriyaya dair mövcud siyasətinə aydınlıq gətirərək, bölgədə təhlükəsizliyin təmin olunmasının prioritet olduğunu bildirib.
Netanyahu açıqlamasında bunları deyib:"Gücümüzlə yeddi cəbhədə sülh, əmin-amanlıq və təhlükəsizliyi təmin edirik. Bu siyasətimiz davam edəcək. Suriyanın cənubuna qoşun yeridilməsinə icazə verməyəcəyik. Cəbəldə yaşayan Druzilərin zərər görməsinə yol verməyəcəyik."
Netanyahu əlavə edib ki, İsrailin Suriyada izlədiyi siyasət iki əsas prinsipə əsaslanır:
Dəməşqin cənubundakı Colan təpələrindən Druzi dağlarına qədər olan ərazinin silahsızlaşdırılması
Druzi icmasının təhlükəsizliyinin təmin olunması və Druzilərin qorunması
Baş nazir bildirib ki, İsrail bu siyasətə sadiq qalaraq bölgədəki Druzi əhalinin yanında olmağa davam edəcək.
Aytən Yaşar/ Turkustan.az