“LC Waikiki” mağazasının anbarında yanğın hadisəsi baş verməyib.
Bu barədə həmin gecə FHN tərəfindən məlumat yayılıb.
Yanğın iyulun 6-sı gecə anbara bitişik kağız istehsalı sexində baş verib və Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
xxx
“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.
Turkustan.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə iyulun 6-da gecə saat 02:00 radələrində olub.
Hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında yaşanıb. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub.
İlkin məlumata görə hadisə qısapanmadan baş verib.