Almaniyanın NATO müdafiə qabiliyyətini gücləndirmək üçün 1000 Leopard 2 tipli əsas döyüş tankı və 2500 GTX Boxer tipli zirehli maşın almağı düşündüyü iddia edilib.
Turkustan.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, NATO Almaniyadan 10 il ərzində 7 döyüş briqadası yaratmağı xahiş edib.
Sözügedən avtomobillərin dəyərinin 25 milyard avro ola biləcəyi və satınalma qərarının ilin sonuna qədər veriləcəyi bildirilir.
Almaniyada tankların və zirehli texnikanın alınması üçün də Bundestaqdan icazə tələb olunur.
Aytən Yaşar/ Turkustan.az