ABŞ senatorundan İsrailə sərt REAKSİYA: Vəhşilikdir!


ABŞ senatoru Bernie Sanders İsrailin Fələstinə davam edən hücumlarını "barbarcasına" adlandırıb və Amerika xalqının da bu hücumları "əxlaqsız hərəkətlər və beynəlxalq hüququn pozulması" kimi qiymətləndirdiyini bildirib.

Turkustan.az xəbər verir ki, sosial media platforması X hesabından paylaşım edən Sanders, New York Times (NYT) qəzetinin "Demokratlar İsraillə bağlı fikirlərin sürətlə dəyişdiyini başa düşməlidirlər" başlıqlı xəbər məqaləsindən sitat gətirib və mövzu ilə bağlı bir qiymətləndirmə edib.

"Amerika xalqı başa düşür ki, İsrailin baş naziri Benyamin Netanyahunun Fələstin xalqına qarşı vəhşi müharibəsi dərin əxlaqsızlıqdır və beynəlxalq hüququn pozulmasıdır", - Sanders deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ