Lavrov: NATO-da fikir ayrılıqları artır, gəmidə üsyan başlayır


Rusiyanın xarici işlər naziri Sergey Lavrov, artan fikir ayrılıqları səbəbindən NATO-nun "gəmisində yumşaq qiyamın" hazırlandığını bəyan edib.

Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Rio-de-Janeyroda keçirilən BRİKS sammitində iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, “NATO-nun genişlənməsi heç kimə, o cümlədən Şimali Atlantika Alyansı üzvlərinin özlərinə sərf etməyib”.

"Gəmidə fikir ayrılıqları dərinləşir, bir növ mülayim üsyan yaranır, çünki getdikcə daha çox ölkə gəmi sahibi tərəfindən qoyulan bəzi ideoloji təlimatları deyil, öz milli maraqlarını rəhbər tutmaq istəyir", - Rusiya XİN rəhbəri vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ