Rusiya Azərbaycanla qarşıdurmaya girsə... - Tsaryov


Rusiyanın Azərbaycanla qarşıdurmaya girməsi onun maraqlarına uyğun deyil, çünki bu halda sərhədlərində daha bir düşmən dövlət meydana gələr.

Turkustan.az Bakupost.az-a istinadla xəbər verir ki, bu fikirləri Çarqrad TV-yə müsahibəsində ukraynalı siyasətçi, Ali Radanın sabiq deputatı Oleq Tsaryov bildirib:

“Belə bir vəziyyətin yaranmaması üçün çalışmaq lazımdır. Bu istiqamətdə səylər göstərilməlidir”.

O əlavə edib ki, indiki mərhələdə bu vəziyyətə yenidən baxmaq, Azərbaycanla dialoqu kimlərin qurduğu və bu gərginliyin necə baş verdiyi məsələlərini araşdırmaq vacibdir.


MANŞET XƏBƏRLƏRİ