Rusiyanın Ryazan şəhərində barda qumbaranın partlaması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib.
Turkustan.az xəbər verir ki, bundan əvvəl fövqəladə hallar xidməti məlumat vermişdi ki, ilkin məlumata görə, partlayış Sobornaya küçəsində yerləşən lounge barda baş verib. Nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılardan ikisi xəstəxanaya yerləşdirilib.
Agentliyin mənbəsinin sözlərinə görə, polis əməkdaşları hadisəni araşdırır, yanğın söndürülüb.
Aytən Yaşar/ Turkustan.az