Azərbaycan əsilli kriminal avtoritet Vaqif Süleymanovun Moskvada saxlanmasından dərhal sonra, Orenburq şəhərində daha bir nüfuzlu şəxs – Zaura qarşı əməliyyat keçirilib.
Turkustan.az xəbər verir ki, yerli hüquq-mühafizə orqanları Zaur adlı şəxsin “cinayətkar iyerarxiyada ən yüksək mövqe tutmaqda” ittiham edildiyini bildiriblər.
Bu maddə Rusiya Cinayət Məcəlləsinin 210.1-ci bəndi ilə - yəni, “qanuni oğru” statusu daşımaq və ya kriminal aləmdə liderlik etmək kimi qiymətləndirilir.
Hər iki saxlanma faktı göstərir ki, Rusiya hüquq-mühafizə orqanları kriminal avtoritetlərə qarşı yeni əməliyyat dalğasına başlayıb.
Bu prosesin genişlənəcəyi istisna edilmir.
Əlavə məlumat verildikcə xəbər yenilənəcək.
/Musavat.com/