Zelenski ABŞ səfirini dəyişdirir: Nə baş verir?


Ukrayna prezidenti Zelenski cümə günü prezident Donald Trampla telefon danışığında Kiyevin Vaşinqtondakı səfiri Oksana Markarovanın dəyişdirilməsi məsələsini müzakirə edib.

Turkustan.az xəbər verir ki, görüşdən sonra Zelenski Trampla görüşünün indiyə qədər keçirdiyi ən yaxşı və ən məhsuldar görüş olduğunu bildirib və əlavə edib ki, iki lider “bir sıra digər mühüm məsələləri” də müzakirə ediblər.

Zelenski deyib ki, o, Trampa cəbhədəki hadisələr və Rusiyanın Ukraynaya hava zərbələri barədə məlumat verib və deyib:

“Biz hava hücumundan müdafiə variantları haqqında danışdıq və hava məkanımızın mühafizəsini gücləndirmək üçün birgə işləyəcəyimiz barədə razılığa gəldik”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ