Kremldən Bakı haqda mühüm sözlər


“Rusiya və Azərbaycan tərəfdaş və müttəfiq olaraq qalmalıdır”.

Turkustan.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Səfirliyimiz və diplomatik idarəmiz qanunun verdiyi bütün imkanlardan və mövcud diplomatik təcrübədən istifadə edərək Azərbaycan tərəfi ilə daim əlaqə saxlayır, saxlanılan rusiyalıların maraqlarını müdafiə edir. İkincisi, bilirsiniz ki, bizim İstintaq Komitəsinin rəhbəri Aleksadr Bastrıkin və baş prokuror İqor Krasnov da onlarla ünsiyyətdədirlər. Bakı və Moskva ən yaxın tərəfdaşlardır, ortaq tarix, ortaq bu gün və gələcəyi olan ölkələrdir. Bu, belə də qalmalıdırlar”, – deyə o bildirib.

Peskov qeyd edib ki, yaranan problemlər konstruktiv şəkildə həll edilməlidir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ