Rusiyanın bu gün istefa verən nəqliyyat naziri Roman Starovoyt Odintsovoda (Moskva vilayəti) intihar edib.
Turkustan.az xəbər verir ki, bu barədə “112” “Telegram” kanalı mənbələrə istinadla məlumat yayıb.
Digər tərəfdən, Starovoytun intiharının ilkin səbəbi mümkün cinayət işi olub.
Bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, o, xüsusilə böyük miqyasda dələduzluqda şübhəli bilinirdi.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Roman Starovoytun nəqliyyat naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.