“American Airlines” aviaşirkətinin reysi bir sərnişinin telefonuna gələn üç hərfdən ibarət mesajla dayandırılıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Primera Hora” məlumat yayıb.
Hadisə iyulun 3-də Puerto-Rikodan Texas ştatının Dallas şəhərinə uçan təyyarədə baş verib. Havaya qalxdıqdan təxminən yarım saat sonra sərnişinlərdən biri həmyerlisinin telefonunda RIP (“Sağ ol”) abbreviaturası olan mesaj görüb. O, bunu bomba təhlükəsi kimi şərh edib və hadisəni stüardessaya xəbər verib. Nəticədə pilotlar təyyarəni səmada döndərərək hava limanına qayıtmalı olublar.
Enişdən sonra hava limanının təhlükəsizlik işçiləri təyyarəyə baxış keçirib və telefonuna şübhəli mesaj alan sərnişini sorğu-sual ediblər. Məlum olub ki, orada səyyahın ailə üzvlərindən birinin bu yaxınlarda vəfat etməsi ilə bağlı başsağlığı ifadəsi yer alıb.
Aviaşirkətdən verilən yazılı açıqlamada pilotların bu cür hallar üçün müəyyən edilmiş təhlükəsizlik protokolunu aktivləşdirdikləri və uçuşu dayandırdıqları bildirilib. /publika.az/