Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində şəhid olan hərbçilərin sayının 12-yə yüksəldiyini açıqlayıb.
Turkustan.az bu barədə nazirliyin yaydığı rəsmi məlumata istinadən xəbər verir.
Hadisə şəhid baş leytenant Nuri Melih Bozkurtun nəşinin tapılması üçün aparılan axtarış tədbirləri zamanı baş verib. Hərbçilər terror təşkilatı üzvlərinin istifadə etdiyi mağarada metan qazına məruz qalıblar.
“6 iyul 2025-ci il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində 852-ci təpədə separatçı terror təşkilatı üzvlərinin istifadə etdiyi mağarada aparılan axtarış və yoxlama əməliyyatında metan qazından zərərçəkmiş daha 4 qəhrəman döyüşçümüz şəhid olub. Şəhidlərin sayı 12 nəfərə yüksəlib. Milli müdafiə naziri Yaşar Gülər yoxlamalar aparmaq və şəhidlərimizin vida mərasimlərində iştirak etmək üçün Türkiyə Silahlı Qüvvələrinin komandanlığı ilə bölgəyə gedib”, - məlumatda deyilir. /publika.az/