Rusiya Nəqliyyat Nazirliyinin Rosavtodorun tənzimləmə təminatı və torpaq münasibətləri departamentinin rəis müavini Andrey Korneyçuk Moskvada iş yerində dünyasını dəyişib.
Turkustan.az xəbər verir ki, bu barədə iyulun 7-də mənbə məlumat verib.
İlkin məlumata görə, kişinin qəflətən ürəyində problem yaranıb, qəfil ayağa qalxıb və yerə yıxılıb ölüb.
Gələn həkimlər daha Korneyçuka kömək edə bilməyiblər.
Həmin gün Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoit Moskva vilayətinin Odintsovo şəhərində ölü tapılıb. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, istintaq keçmiş nəqliyyat nazirinin ölümünün səbəblərini müəyyənləşdirir . Əsas versiyaya görə, onun intihar etdiyi ehtimal edilir.
Aytən Yaşar/ Turkustan.az