Rusiyanın Yekaterinburq şəhərinin Leninsk Rayon Məhkəməsi ötən illərdə törədilmiş qətllərə dair iş üzrə ittiham olunan Kamal Səfərov barəsində həbs qətimkan tədbiri seçib.
Turkustan.az xəbər verir ki, bu barədə məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, məhkəmə istintaqın vəsatətini təmin edib. Onun həbs müddəti cari ilin iyulun 19-na qədər davam edəcək. /Oxu.az/