Natiq Cəfərlinin atası komadadır.
Turkustan.az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkə hesabında məlumat verib.
“Dostlar, narahatlığınızı anlayıram, yüzlərlə zəng-mesaj yazırsız, təşəkkür edirəm, amma cavab verməyə halım yoxdur, atam komadadır, biz ancaq dua edirik indi...” – deyə REAL sədri bildirib.
xxx
Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərliyə ağır itki üz verib.
Turkustan.az Operativ Media-ya istinadən xəbər verir ki, siyasətçinin atası Gürcüstanda yerləşdirildiyi xəstəxanada vəfat edib.
Qeyd edək ki, N.Cəfərli ötən gün paylaşım edərək atasının vəziyyətinin ağır olduğunu bildirmişdi.