Ölümdən əvvəl beyində bunlar baş verir - ARAŞDIRMA


İnsan beyni ölümdən əvvəl mühüm həyat hadisələri ilə bağlı xatirələri təkrarlamağa qadirdir.

Turkustan.az xəbər verir ki, Louisvill Universitetindən neyrocərrah Ajmal Zemmarın gəldiyi nəticə belədir.

Məlumata görə, tədqiqat zamanı neyrocərrah 87 yaşlı xəstənin ürəyi dayanmadan 30 saniyə əvvəl və sonra onun elektroensefaloqrammasını tədqiq edib. Məlum olub ki, beyin “ölümə keçid” zamanı aktiv qala bilir və bir müddət bu vəziyyətdə olur. Həkim qeyd edib ki, bu anda beyin dəyişikliklərə reaksiya verməyə davam edir:

"Hazırda beyin ölümə yaxın təcrübələr zamanı bildirilənlərə bənzər mühüm həyat hadisələrinin son xatirələrini təkrarlaya bilər". /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ