Daha bir ölkədən İsrailə raket hücumu başladı – Paytaxt vuruldu


Yəmən husiləri İsrailə hipersəs ballistik raketlər atdıqlarını elan ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə “Al Masirah” məlumat yayıb.

“Zərbələr İran hərbçiləri ilə koordinasiyalı şəkildə ballistik raketlərdən istifadə edilərək həyata keçirilib. Hədəflər Təl-Əvivdəki həssas obyektlər olub”, – deyə bildirilib.

Buna baxmayaraq, hərbi rəsmilər “Times of Israel” qəzetinə bildiriblər ki, İsrail ordusu son 24 saat ərzində Yəməndən hər hansı ballistik raket buraxılışından xəbərsizdir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ