Ərdoğan Özəlin sözlərindən sonra hərəkətə keçdi: Sərt ifadələr işlədilmişdi


Türkiyə prezidentƏrdoğan CHP sədri Özgür Özəl haqqında Mərkəzi İdarə Heyətinin iclasından sonra keçirdiyi mətbuat konfransında onu hədəf alan şərhlərə görə 500 min lirə mənəvi təzminat iddiası qaldırıb.

Turkustan.az xəbər verir ki, hadisəni açıqlayan vəkil Hüseyn Aydın: “Bundan başqa, Ankara Respublika Baş Prokurorluğuna TCK-nın 310/2 maddəsinə əsaslanaraq prezidenti təhqir etmə və təhdid etmə cinayətindən cinayət işi açılıb” dedi.

CHP sədri Özgür Özəl 5 iyul 2025-ci il tarixində Mərkəzi İdarə Heyətinin (MYK) iclasından sonra mətbuata açıqlamasında prezident Ərdoğana qarşı sərt ifadələr işlədib: ""Buradan bir daha Ərdoğana meydan oxuyuram. Madam ki, sən bir nömrəli partiyasan, gəl. Ey Allahın qorxağı. Sənin icazənlə partiyanın başında oturmaqdansa, seçkiyə qədər Silivridə başqan Əkrəmin yanında şərəflə yatacam. Baxın, biz indi həmin meydanlarda məşq edirik. 81 vilayətdə treylerlərə baxırsınız. Mən sizə bir qorxu filmi göstərəcəyəm".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ