Yalnız bu halda Ukrayna ilə sülh olacaq: Görün Rusiya hansı tələbləri irəli sürdü


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə gələcək sülh sazişində hansı məqamların yer almasının vacib olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Lavrov bu barədə Macarıstanın “Magyar Nemzet” qəzetinə verdiyi uzun müsahibədə deyib.

"Gündəliyə Ukraynanın demilitarizasiyası və denazifikasiyası məsələləri daxildir", - Lavrov bildirib.

Bundan əlavə, o, anti-Rusiya sanksiyalarının ləğvi, Rusiyaya qarşı qaldırılan iddiaların geri götürülməsi, Rusiyanın Qərbdə qeyri-qanuni olaraq ələ keçirilən aktivlərinin geri qaytarılması kimi tələbləri sadalayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, bu, hüquqi qüvvəyə malik saziş olmalıdır.

Lavrov bir daha qeyd edib ki, Rusiya münaqişədə Ukraynanın öz qüvvələrini yenidən toplamaq üçün istifadə edəcəyi fasiləyə razı olmayacaq, lakin münaqişənin əsas səbəblərini aradan qaldırmaqla davamlı sülhün əldə olunmasında israrlıdır.

Bundan əlavə, Lavrov Ukraynanın rusdilli insanların hüquqlarına hörmət etməli olduğunu da xatırladıb.

Və nəhayət, Lavrov Krım, Sevastopol, Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin Rusiya tərkibinə daxil edilməsinin beynəlxalq hüquqi tanınmasının zəruriliyini qeyd edib./publika.az


MANŞET XƏBƏRLƏRİ