Yuxu rejimini dərmansız necə düzəldək?


“Stress, cədvəl dəyişiklikləri və uçuşlar yuxu rejimini pozur və yorğunluğa səbəb olur”.

Turkustan.az xəbər verir ki, bunu somnoloq və nevroloq Elena Tsareva “Veçernyaya Moskva”ya deyib.

Tsarevanın sözlərinə görə, rejim pozulubsa, o zaman yatmağa çalışmaq faydasızdır: “Bunun əvəzinə bir neçə gün eyni vaxtda oyanmağı tövsiyə edirəm. İnsan bir müddət gec yuxuya getsə də, müəyyən bir saatda qalxsa belə, yuxululuq - sözdə yuxu təzyiqi toplayacaq, bu da gec-tez onu lazımi anda yatmağa məcbur edəcək”.

O, aydınlaşdırıb ki, bu yanaşma dərmansız normal yatıb-oyanma cədvəlinə qayıtmağa kömək edəcək.

Nevroloq onu da əlavə etdi ki, hər bir insanın yuxuya ehtiyacı fərdidir: bəziləri üçün beş saat kifayətdir, bəziləri isə kifayət qədər yuxu almaq üçün doqquz saata ehtiyac duyurlar. Bu amildən və yığılmış yorğunluqdan asılı olaraq, orqanizm özü rejimi tənzimləyir ki, istirahətə olan ehtiyacını ödəsin. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ