Hər ay 140 manat ala bilərsiniz - ŞƏRTLƏR AÇIQLANDI


Azərbaycanda çoxuşaqlı ailələrə dövlət tərəfindən müəyyən sosial dəstək mexanizmləri tətbiq olunur. Bəs beş və daha çox uşağı olan ailələr aylıq müavinət və ünvanlı dövlət sosial yardımı ala bilərmi, yoxsa bunun üçün əlavə şərtlər tələb olunur?

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda çoxuşaqlı ailələr üçün müəyyən sosial dəstək mexanizmləri mövcuddur. Lakin ailədə beş uşağın olması bütün ailə üzvlərinə avtomatik olaraq müavinət və ya sosial yardım təyin edilməsi demək deyil.

Onun sözlərinə görə, sosial dəstəyin növü ailənin vəziyyətindən, gəlirlərindən və qanunvericilikdə nəzərdə tutulan şərtlərdən asılıdır. pizza hut

“Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara müəyyən şərtlər daxilində aylıq müavinət təyin olunur. Bu ödəniş uşaqların sağ olması şərti ilə həyata keçirilir və müavinət hüququ yaradan uşağın bir yaşı tamam olduqdan sonra başlayır.

Müavinətin məbləği hər uşağa görə aylıq 140 manat təşkil edir və ödəniş uşağın 18 yaşı tamam olan ayın sonunadək davam edir. Qanunvericilikdə beşdən çox uşaq tələbi nəzərdə tutulduğundan, bu müavinət, bir qayda olaraq, ən azı altı uşağı olan qadınlara şamil edilir. Beləliklə, yalnız beş uşağın olması həmin ödənişi almaq üçün kifayət etmir”.

Akif Nəsirlinin sözlərinə görə, çoxuşaqlı ailələr ünvanlı dövlət sosial yardımı almaq imkanını da nəzərdən keçirə bilərlər. Lakin bunun üçün ailənin tərkibi, orta aylıq gəliri və qanunvericiliklə müəyyən edilmiş digər meyarlar nəzərə alınır. Ailənin gəlirləri müəyyən edilmiş ehtiyac meyarından aşağı olduqda və digər şərtlər ödəndikdə sosial yardım təyin edilə bilər.

Bundan başqa, ailədə əlilliyi olan uşaq və ya digər güzəştli kateqoriyaya aid şəxs olduqda, müvafiq qanunvericiliyə uyğun olaraq əlavə sosial təminat hüququ yarana bilər. Beş və daha çox uşağı səkkiz yaşınadək böyütmüş qadınlar üçün də yaşa görə sosial təminat sahəsində xüsusi güzəştlər nəzərdə tutulur.

Beləliklə, Azərbaycanda çoxuşaqlı ailələr üçün müxtəlif sosial dəstək imkanları olsa da, yalnız beş uşağın olması avtomatik aylıq müavinət almaq hüququ yaratmır. Ailənin hansı ödənişlərdən yararlana biləcəyi konkret şərtlər əsasında müəyyənləşdirilir.


MANŞET XƏBƏRLƏRİ