Ukraynanın gizli saxladığı ən nadir zirehli maşın vuruldu


Ukrayna Silahlı Qüvvələri Xüsusi Hərbi Əməliyyatlar Zonasında Rusiya qüvvələrinə qarşı İtaliya istehsalı olan Puma zirehli personal daşıyıcısını (PPK) yerləşdirib.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi gündəlik brifinqdə məlumat verib.

Bildirilib ki, “Puma” nadir hərbi texnika nümunəsidir. İtaliyanın “Iveco” konserni bu zirehli transportyorlardan 300-dən çox olmayaraq istehsal edib. Onların Ukraynaya tədarükünün isə məxfi şəkildə həyata keçirildiyi qeyd olunur.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Donetsk ərazisində “Cənub” qoşun qruplaşmasının hərbçiləri “Puma”nı vurublar.

Bundan əlavə, Ukrayna ordusunun ABŞ istehsalı olan HMMWV zirehli avtomobilini və 30 avtomobilini itirdiyi də bildirilib./publika.az


MANŞET XƏBƏRLƏRİ