Rusiyada həlledici görüş: ABŞ sülh istəyir


ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiyanın Sankt-Peterburq şəhərində Prezident Vladimir Putinlə görüşüb.

Turkustan.az xəbər verir ki, tarixi imperator sarayında keçirilən görüşdə Rusiya-Ukrayna sülh danışıqlarının bərpası və müharibənin sona çatması üçün yeni həll yolları müzakirə olunub.

Bu, tərəflər arasında sayca doqquzuncu üzbəüz görüş olub.

Danışıqlar başlamazdan əvvəl Rusiya tərəfi xoşməramlı addım ataraq ölkədə saxlanılan təqaüdçü amerikalı müəllim Stiven Habbarı azad edib.

Görüş zamanı Vladimir Putin Donald Trampa İran böhranının tənzimlənməsində vasitəçilik etməyə hazır olduğunu bildirib. Moskva ilə Tehran arasında onilliklərdir davam edən sıx münasibətlərə diqqət çəkən Rusiya lideri bu əlaqələrdən ABŞ-ın İranın nüvə proqramı ilə bağlı narahatlıqlarının aradan qaldırılması üçün istifadə etməyə hazır olduğunu vurğulayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ