Çindən ABŞ-a Kuba ilə bağlı çağırış: Təzyiqlərə son qoyun!


Çin ABŞ-da Kuba lideri Raul Kastro barəsində həbs orderinin verilməsinə qarşı çıxıb.

Turkustan.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirilən mətbuat konfransında bildirib.

Mao Ninq Kubaya təzyiq göstərmək məqsədilə hüquqi tədbirlərdən sui-istifadə edilməsinə qarşı olduqlarını vurğulayıb. O, həmçinin Kuba Prezidenti və xarici işlər nazirinin bu addımı pisləyən açıqlamalarına diqqət çəkib.

Çin rəsmisi Pekinin Kubanın milli suverenliyini dəstəklədiyini və ölkənin daxili işlərinə xarici müdaxiləyə qarşı çıxdığını bildirib. O, ABŞ-ı Kubaya qarşı blokadaya və digər təzyiq tədbirlərinə dərhal son qoymağa, Kuba xalqının yaşamaq və inkişaf etmək hüququna müdaxilə etməməyə çağırıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ