“Ukrayna müharibəni dayandırmaq istəyir. Hətta Rusiyanın təxminən 25% işğal olunmuş ərazini nəzarətdə saxlaması şərtinə də hazıram”.
Turkustan.az xəbər verir ki, bu barədə "Fox News"a müsahibəsində prezident Volodimir Zelenski bildirib.
Jurnalistin Kiyevin 75% ərazinin saxlanılması şərtilə sülh sazişinə razılaşıb-razılaşmayacağı ilə bağlı sualına prezident belə cavab verib: "Bəli, əgər biz indi vəziyyəti dondurmalı olsaq. Və mən hesab edirəm ki, bu, müharibəyə son qoymağın real yoludur".
Prezident həmçinin vurğulayıb ki, Rusiya bu il döyüş meydanında heç bir uğur əldə etməyib və buna görə də Moskva bizim Müdafiə Qüvvələrimizi Ukrayna torpaqlarından sıxışdırıb çıxarmaq üçün Kiyevə təzyiq göstərir.
"Bu, ədalətsizlikdir. Və əlbəttə ki, onlar ölkəmdə xaos yaratmaq üçün İran dronlarından, balistik raketlərdən və s. istifadə edərək kütləvi hücumlar həyata keçirirlər, lakin biz güclüyük. İnsanlar, əlbəttə ki, yorulublar, biz bu müharibəyə mümkün qədər tez son qoymaq istəyirik. Lakin bilirsiniz, heç kim elə-belə öz ölkəsində, öz evində təkbaşına yaşaya bilməz. Axı bunlar bizim uşaqlarımızdır. Buna görə də biz olduğumuz yerdə qalmaqdan danışırıq. Gəlin diplomatiyaya keçək. Mənə elə gəlir ki, Amerika Birləşmiş Ştatları Prezidentinin irəli sürdüyü atəşkəs ideyası əla ideyadır", — deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, çərşənbə axşamı, oktyabrın 20-də Volodimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna danışıqlar qrupu Osloda Donald Trampın xüsusi nümayəndələri ilə görüşüb. Artıq bu gün amerikalı xüsusi nümayəndələr Moskvaya yola düşüblər və orada yeni ideyaları Putinə təqdim ediblər.
Jurnalistlərlə ünsiyyət zamanı Stiv Uitkoff Oslodakı danışıqlarda irəliləyiş olduğunu bildirib və Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpa olunacağına ümid etdiyini bildirib. Həmçinin Uitkoff Moskvaya Ukraynadakı müharibə məsələsinin həllinə dair yanaşmaların əks olunduğu sənədlər gətirdiyini bildirib.
/Bizim.Media