ABŞ Prezidenti Donald Trampın 20 yanvar 2025-ci ildə vəzifəsinin icrasına başlamasından bəri onun administrasiyası tərəfindən 300 mindən çox viza ləğv edilib.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti rəsmi bəyanat yayıb. Açıqlanan son göstəricilər ölkədə immiqrasiya siyasətinin hərtərəfli şəkildə sərtləşdirilməsi fonunda viza ləğvi prosesinin son həftələrdə daha da sürətləndiyini göstərir.
Qeyd edək ki, avqust ayında yayımlanan əvvəlki hesabatda bu rəqəmin 175 mini keçdiyi bildirilmişdi.
Aytən Yaşar/ Turkustan.az