“Alma sirkəsi bağırsaq bakteriyalarını artırır” – Həkim


“Alma sirkəsi mədə-bağırsaq traktımızdakı faydalı bakteriyaların sayını artırır”.

Turkustan.az xəbər verir ki, bu barədə diyetoloq Lindsi Valford “MedicalXpress”ə bildirib.

Həkimin sözlərinə görə, alma sirkəsinin müalicəvi xüsusiyyətləri ilə bağlı çoxlu miflər var:

“Onun istehlakının arıqlamağa kömək edə biləcəyinə, həmçinin qan şəkəri və xolesterol səviyyəsini normallaşdırmasına inanılır. Bu kimi ifadələr yalnız qismən doğrudur.

2023-cü ildə “Frontiers in Clinical Diabetes and Healthcare” jurnalında dərc edilən kiçik bir araşdırma, səkkiz həftə ərzində gündə iki xörək qaşığı alma sirkəsinin istehlakının glikozilləşmiş hemoglobinin 9,21%-dən 7,79%-ə qədər azalması ilə nəticələndiyini göstərib”.

Həkim qeyd edib ki, bu tədqiqatların əksəriyyəti əhalinin çox kiçik qrupları üzərində aparılıb:

“Bu, nəticələrin düzgünlüyünü şübhə altına alır. Bununla belə, alma sirkəsinin həqiqətən sağlamlıq faydaları ola bilər. Bu məhsulun tərkibində təbii probiotiklər - insanlar üçün patogen olmayan və orqanların normal mikroflorasını bərpa edə bilən mikroorqanizmlər var. Probiyotiklər immunitet, həzm, beyin sağlamlığı və s. ilə əlaqəli bağırsaq bakteriyalarının inkişafına kömək edir. Maksimum fayda əldə etmək üçün sirkədən düzgün istifadə etmək lazımdır. Fakt budur ki, təmiz halda (su qatmadan) bu məhsul diş minasının aşınmasına səbəb ola bilər və gida borusuna zərər verə bilər”. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ