ABŞ Prezidenti Donald Tramp İranla müharibə ilə bağlı son qiymətləndirməsində qlobal enerji bazarlarının yaxından izlədiyi neft qiymətlərinə toxunub.
Turkustan.az xəbər verir ki, Ağ Ev rəhbəri İrandakı hərbi qarşıdurmanın çox tezliklə başa çatacağını və bunun ardınca qlobal bazarlarda "qara qızıl"ın kəskin ucuzlaşacağını bildirib.
Tramp mövcud gərginliyin ABŞ-də keçiriləcək ara seçkilərdən sonra tamamilə yekunlaşacağını vurğulayıb. O, hərbi əməliyyatların dayandırılmasının enerji birjalarına birbaşa təsir edəcəyini və qiymətlərin sürətlə enəcəyini diqqətə çatdırıb./teleqraf