Türkiyədə 15 illik böyük kəşfiyyat sirri: Kaşif Kozinoğlunun məzarı açıldı


Türkiyənin keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada ölümünə dair yenidən başladılan istintaq çərçivəsində məzarı açılıb.

Turkustan.az xəbər verir ki, Silivri Baş Prokurorluğunun qərarı ilə Ümraniyədəki məzardan sümük, torpaq və digər nümunələr götürülərək tibbi ekspertizaya göndərilib.

Nümunələr həbsxananın kamera görüntüləri, 112 təcili yardım qeydləri və xəstəxana sənədləri ilə birlikdə araşdırılacaq. Bundan sonra Kozinoğlunun dəqiq ölüm səbəbi və ölümündə üçüncü şəxslərin müdaxiləsinin olub-olmadığı müəyyən ediləcək.

Qeyd edək ki, Kaşif Kozinoğlu 2011-ci ildə Silivri həbsxanasında saxlanıldığı vaxt vəfat edib. Həmin dövrdə iş bağlı elan edilsə də, yeni tapılan faktlar və sui-qəsd şübhələri əsasında prokurorluq 15 ildən sonra tarixi kəşfiyyat dosyesini yenidən açmaq qərarına gəlib./teleqraf


MANŞET XƏBƏRLƏRİ