DƏHŞƏT! 241 nəfərin olduğu sərnişin gəmisi yoxa çıxdı


İndoneziyanın Yava sahillərində 241 nəfərin olduğu sərnişin gəmisi ilə əlaqə kəsilib.

Turkustan.az xəbər verir ki, İndoneziya hökuməti gəminin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlayıb.

Məlumata görə, gəmi Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə doğru hərəkət edib. Gəmi ilə əlaqə yerli vaxtla təxminən saat 02:00-da kəsilib.

Səlahiyyətlilər bildiriblər ki, gəminin operatoru onun əlverişsiz hava şəraiti ilə qarşılaşması barədə məlumat aldıqdan sonra hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

Hazırda 241 nəfərin olduğu gəminin yerinin müəyyənləşdirilməsi üçün axtarış işləri davam etdirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ