Meymun çiçəyi virusu geri qayıdır


Cənubi Afrika Səhiyyə Nazirliyindən verilən açıqlamada meymun çiçəyi virusuna yoluxan daha bir xəstənin öldüyü bildirilib.

Turkustan.az xəbər verir ki, dünən əzələ və boğaz ağrısı şikayətləri ilə xəstəxanaya müraciət edən 38 yaşlı xəstə həmin gün dünyasını dəyişib.

Xatırladaq ki, Cənubi Afrikanın Səhiyyə Naziri Joe Phaahla sırağagün 37 yaşlı bir kişinin meymun çiçəyi virusundan öldüyünü açıqlamışdı və bu, virusdan qeydə alınan ilk ölüm idi.

Çiçək xəstəliyinə bənzəyən meymun çiçəyi virusuna yoluxmuş xəstələrdə yüksək hərarət, baş, bel və əzələ ağrıları, titrəmə və dəri səpgiləri kimi simptomlar müşahidə olunur. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ