NATO-nun baş katibi Mark Rutte Rusiyanın NATO üçün hazırda təcili təhlükə yaratmadığını, lakin alyansın istənilən potensial təhdidə qarşı hazır olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Rutte Brüsseldə “Euronews” tərəfindən təşkil olunan Müdafiə və Kosmos Zirvəsində çıxış edib.
Rutte Rusiya-Ukrayna müharibəsi, İrana hücumlar və Avropanın müdafiəsi ilə bağlı qiymətləndirmələr aparıb. O, Rusiya Prezidenti Vladimir Putin haqqında danışarkən deyib: “Putin NATO-nu heç vaxt məğlub edə bilməyəcəyini bilir. Ona görə də mən onu bu qədər ciddi qəbul etmirəm”.
NATO-nun baş katibi Rusiyanın alyansa göndərdiyi məktubun məzmununu açıqlaya bilməyəcəyini, lakin məktubun mətbuata sızdırıldığını bildirib.
Rutte məktuba verilən cavabla bağlı deyib: “Əsasən, biz dedik: Baxın, biz müdafiə ittifaqıyıq. Nüvə təhdidinə son qoyun. Bu, tamamilə əsassız və faydasızdır. Xüsusilə də Ukraynadakı müharibəyə son qoyun”.
Aytən Yaşar/ Turkustan.az