Əraqçi ABŞ-ın son təklifini Pezeşkiana təqdim etdi


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın son təklifini prezident Məsud Pezeşkiana təqdim edib.

Turkustan.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatma Mühacərani açıqlayıb.

Mühacərani bildirib ki, Əraqçi ABŞ-dan aldığı təklifi nəzərdən keçirilməsi üçün prezidentə təqdim edib. Onun sözlərinə görə, təklif daha sonra hökumət tərəfindən qiymətləndiriləcək.

Mühacərani həmçinin qeyd edib ki, “düşmənin İranı siyasi cəhətdən təcrid etmək səylərinə baxmayaraq”, İran nümayəndə heyəti bir sıra Avropa ölkələrinin, Fars körfəzi sahilində yerləşən dövlətlərin və digər ölkələrin rəsmiləri ilə intensiv diplomatik danışıqlar aparıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ