Böyük Britaniyanın Baş naziri Endi Börnhem Brexit-in ölkəyə faydadan daha çox zərər vurduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Börnhem BBC-yə müsahibəsində Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) yenidən qoşulması ilə bağlı mövqeyini açıqlayıb.
O, bu məsələ ilə bağlı müxtəlif variantların nəzərdən keçirilməsinin vacib olduğunu deyib.
“Biz Aİ-yə yenidən qoşula bilərik. Nəzərə alınmalı fərqli variantlar var”, – deyə Börnhem bildirib.
Baş nazir daha əvvəl Britaniyanın Aİ-yə yenidən qoşulmasını istədiyini yazdığını xatırladaraq mövqeyinin dəyişmədiyini vurğulayıb.
Bununla belə, Börnhem bunun Britaniyanın hazırda Aİ-yə qayıtması anlamına gəlmədiyini qeyd edib. O, ölkənin mövcud vəziyyətdə qalmasının da nəzərdən keçirilə biləcək variantlardan biri olduğunu bildirib.
“Əgər insanlar bunun bizim üçün doğru seçim olduğunu düşünürlərsə, biz bu şəkildə qala bilərik”, – deyə, baş nazir əlavə edib.
Aytən Yaşar/ Turkustan.az