Zelenski “Vivaldi” əməliyyatında iştirak edən hərbçiləri mükafatlandırdı


Ukrayna Prezidenti Vladimir Zelenski “Vivaldi” əməliyyatında iştirak edən hərbçiləri mükafatlandırıb.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat verib.

O, 21-ci Ayrı Kraken Pilotsuz Sistemlər Alayının, 125-ci Ayrı Ağır Mexanikləşdirilmiş Briqadanın və 25-ci Ayrı Tank Əleyhinə Batalyonun hərbçilərinin mükafatlandırıldığını bildirib.

“Vivaldi əməliyyatında iştirak etdiklərinə görə 21-ci alayın, 125-ci Ayrı Ağır Mexanikləşdirilmiş Briqadanın və 25-ci Ayrı Tank Əleyhinə Batalyonun müdafiəçilərini mükafatlandırdım”, - deyə Zelenski qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ