Fransa Prezidenti Emmanuel Makron Britaniyanın Avropa İttifaqına (Aİ) yenidən qoşulmaq istəyinin yaxşı xəbər olacağını bildirib və britaniyalıları birliyə qayıtmağa çağırıb.
Turkustan.az xəbər verir ki, Makron İspaniyaya səfərinin son günündə Madriddə İspaniyanın Baş naziri Pedro Sançezlə birgə mətbuat konfransı keçirib.
Britaniyanın Baş naziri Endi Börnhemin Aİ-yə yenidən qoşulmağın ölkəsi üçün mümkün variantlardan biri olduğunu bildirməsi ilə bağlı suala Makron “Yenidən xoş gəlmisiniz” cavabını verib.
Makron bildirib ki, Britaniya Aİ-yə yenidən qoşulmaq istəyirsə və Börnhem də bu istiqamətdə addım atırsa, bu, həm Britaniya, həm də Avropa üçün yaxşı xəbər olardı.
Fransa Prezidenti Britaniyanın müdafiə, təhlükəsizlik və miqrasiya da daxil olmaqla müxtəlif sahələrdə Fransa ilə ikitərəfli münasibətlərini davam etdirdiyini vurğulayıb.
“Bu, yaxşı bir qərardır. Börnhem bu cəsarəti göstərməkdə haqlıdır”, – deyə, Makron qeyd edib.
Aytən Yaşar/ Turkustan.az