Koronavirus bütün dünyada gözlənilən ömür müddətini 2 ilə yaxın qısaldıb


“COVID-19 epidemiyası dünyada orta ömrü daha da qısaldıb”.

Turkustan.az xəbər verir ki, bu barədə ÜST-nin saytında verilən açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, 2019-2021-ci illərdə COVID-19 epidemiyası səbəbindən gözlənilən ömür uzunluğu 1,8 il azalaraq orta hesabla 71,4 yaşa düşüb.

ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesusun sözlərinə görə, bu epidemiya gözlənilən ömür uzunluğundakı 10 illik artımı cəmi 2 ildə geri çevirib. Ona görə də gələcək nəsilləri qorumaq üçün ölkələr qlobal epidemiya sazişi üzərində razılaşmalı olacaq.

Ümumdünya Səhiyyə Təşkilatının “Dünya Səhiyyə Statistikası 2024” hesabatına görə, Amerika qitəsi və Cənub-Şərqi Asiya ölkələri koronavirusdan ən çox təsirlənən yerlərdir. Hesabatda vurğulanıb ki, Amerika qitəsində ən çox görülən ölüm səbəbi bu virusdan qaynaqlanıb. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ