Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında görüş baş tutacaq.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı səfiri Tom Barrak məlumat yayıb.
Onun sözlərinə görə, sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının liderlər sammiti başlayacaq.
Ərdoğan sammit çərçivəsində bazar günü ABŞ-a yola düşəcək. Barrak qeyd edib ki, Ərdoğan və Tramp BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda bir araya gələcəklər.
Görüşün gündəliyi və dəqiq vaxtı ilə bağlı əlavə məlumat açıqlanmayıb./publika.az