Yaponiya hökumətində dəyişiklik: Takaiçi yeni adlar gətirdi


Yaponiyanın Baş naziri Takaiçi Sanae hökumətində dəyişikliklər edib, bir sıra əsas nazirləri vəzifəsində saxlayıb, koalisiya tərəfdaşı olan Yaponiya İnnovasiya Partiyasından (JIP) isə yeni üzvü kabinetə daxil edib.

Turkustan.az xəbər verir ki, “Kyodo” agentliyinin məlumatına görə, yeni kabinetdə xarici işlər naziri Toşimitsu Motegi, maliyyə naziri Satsuki Katayama, müdafiə naziri Şinjiro Koizumi, iqtisadiyyat, ticarət və sənaye naziri Ryosei Akazava, eləcə də baş kabinet katibi Minoru Kihara vəzifələrini qoruyublar.

Kabinetdə bir sıra dəyişikliklər də aparılıb. Hisayuki Fujii daxili işlər və rabitə naziri vəzifəsində Yoşimasa Hayaşini, Takaşi Yamaşita ədliyyə naziri vəzifəsində Hiroşi Hiraquçini, Yoşihiro Seki isə təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri vəzifəsində Yohei Matsumotonu əvəz edib.

Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq naziri vəzifəsində Kazuo Yana Norikazu Suzukini, torpaq, infrastruktur, nəqliyyat və turizm naziri vəzifəsində Yasuşi Kaneko Tatsunori İbayaşini, ətraf mühit naziri vəzifəsində isə Hiroyoşi Sasaqava Hirotaka İşiharanı əvəzləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ