NASA-nın Ay Kəşfiyyat Orbiteri (LRO) Ayın səthində təxminən iki il əvvəl yaranmış nəhəng krater aşkar edib.
Turkustan.az xəbər verir ki, NASA-nın məlumatına görə, krater 2024-cü ilin mayında asteroid və ya kometa parçasının Ayın görünən səthi ilə toqquşması nəticəsində yaranıb.
Toqquşma Yer kürəsindən və kosmosdakı teleskoplardan müşahidə edilməyib. LRO krateri 2025-ci ilin avqustunda, topladığı böyük həcmli məlumatların təhlili zamanı müəyyən edib. Kosmik aparat kraterin ətraflı görüntülərini əldə edib və kəşf bu ilin əvvəlində təsdiqlənib.
Dik yamaclı kraterin diametrinin təxminən 222 metr, dərinliyinin isə 43 metr olduğu müəyyənləşdirilib. Məlumata görə, bu, Günəş sistemində son dövrlərdə yaranmış ən böyük zərbə kraterlərindən biridir.
Kraterə Hyuston Ay və Planet İnstitutunun keçmiş direktoru Tomas Makqetçinin adı verilib.
Aytən Yaşar/ Turkustan.az