Tramp: İranla müharibənin sonuna yaxınlaşırıq


ABŞ Prezidenti Donald Tramp İranın razılaşma əldə etmək üçün Vaşinqtonla birbaşa əlaqə saxladığını bildirib.

Turkustan.az xəbər verir ki, Tramp Şimali Karolinada keçirilən tədbirə qatılmaq üçün təyyarədən enərkən jurnalistlərin suallarını cavablandırıb.

ABŞ Prezidenti İran administrasiyasının razılaşma əldə etmək məqsədilə ABŞ-la “birbaşa” əlaqə saxladığını deyib.

ABŞ-ın İranla müharibənin hansı mərhələsində olduğu barədə suala cavabında Tramp “Ümid edirəm ki, müharibənin sonuna doğru irəliləyirik” söyləyib.

“İran həqiqətən də razılaşma əldə etmək istəyir. Görək bu proses necə nəticələnəcək”, - deyə Tramp bildirib.

O, İrandan məlumatların birbaşa, yoxsa vasitəçilər vasitəsilə alınması barədə suala isə “Məlumatı birbaşa alıram” cavabını verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ