ABŞ Rusiyaya qarşı yeni sanksiyalara yaşıl işıq yandırdı


ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib.

Turkustan.az xəbər verir ki, qanun layihəsi İsraili dəstəkləməsi ilə tanınan və iyulun 11-də vəfat edən respublikaçı senator Lindsi Qrahamın təşəbbüsü ilə hazırlanıb.

Sənəd Nümayəndələr Palatasında 262 lehinə, 159 əleyhinə səslə qəbul edilib. Qanunun qüvvəyə minməsi üçün prezident Donald Tramp tərəfindən imzalanması tələb olunur.

Qanun layihəsində Rusiyanın yüksək vəzifəli dövlət məmurlarına, oliqarxlarına və dövlət şirkətlərinə qarşı sanksiyaların tətbiqi, həmçinin Rusiya xam nefti və təbii qazını alan ilk beş ölkəyə əlavə tariflərin tətbiq edilməsi təklif olunur.

Qeyd edək ki, Respublikaçılar və Demokratlar tərəfindən dəstəklənən sənəd avqustun 7-də Senatda da səsə qoyulub və 86 lehinə, 11 əleyhinə səslə qəbul edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ