Fidanın sözləri Yunanıstanda gündəm oldu: Ankara-Afina yenidən üz-üzə


Yunanıstan mediası Türkiyənin xarici işlər naziri Hakan Fidanın Egey adaları və Yunanıstanın İsraillə münasibətləri barədə açıqlamalarına geniş yer verib.

Turkustan.az xəbər verir ki, Fidanın adaların silahsızlaşdırılması və Afinanın İsraillə münasibətləri ilə bağlı açıqlamaları, eləcə də Yunanıstana verdiyi xəbərdarlıq ölkə mediasının diqqət mərkəzində olub. Türkiyənin müdafiə sahəsindəki son addımları da Yunanıstan mətbuatında işıqlandırılıb.

Yunanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Panayotis Tsakonas isə Ankaranın adaların silahsızlaşdırılması ilə bağlı ittihamlarını qanunsuz adlandırıb. O, Yunanıstanın ərazisini qorumaq və təhlükəsizliyini təmin etmək hüququna malik olduğunu bildirib.

Afina ilə Ankara arasındakı gərginlik Yunanıstanın aparıcı qəzetlərindən olan “Kathimerini”nin də gündəmində olub. Qəzet məsələni ilk səhifəsində “Ankara adaların qalxansız olmasını istəyir” başlığı ilə təqdim edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ